Macarıstanda miqrantların sərhəddən keçidi zamanı N1 telekanalının jurnalistinin etdiyi hərəkət kəskin narazılıqla qarşılanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, muxbir polisin geriyə itələdiyi miqrantlardan birinə təpik atıb. Qucağında azyaşlı uşağı olan miqrant yerə yıxılıb.
Hadisəyə kanalın baş redaktoru da münasibət bildirib: "Bu addım qəbuledilməzdir. Müxbir dərhal işdən uzaqlaşdırılıb".
Samir