9 Sentyabr 2015 13:53
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistana axın edən suriyalı ermənilərin sayı artıb.

Axar.az xəbər verir ki, bunu “Lragir.am” saytına açıqlamasında Ermənistanın Diaspor naziri Firdus Zakaryan söyləyib.

Onun sözlərinə görə, hazırda Ermənistana gələn suriyalı ermənilərin sayı 4000 nəfərə çatıb: “Son iki ayda bu axın artib. Biz artıq bununla bacarmaq gücündə deyilik. Ermənistana adətən evini itirmiş insanlar gəlir. Əgər suriyalı ermənilər təkcə İrəvanda yox, başqa yerlərdə də yaşamağı qəbul etsəydilər, o zaman hər şey yaxşı olardı. Lakin onları da başa düşmək olar. Çünki onlar İrəvandan başqa heç bir yerdə iş tapa bilməzlər”.

Qeyd edək ki, bir müddət öncə mətbuatda İrəvanın suriyalı ermənilərin bir qismini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməsi ilə bağlı məlumat yayılmışdı.


Müəllif:

Oxşar xəbərlər