Türkiyənin Şanlıurfa vilayətində iri terror aktının qarşısı alınıb.
Bu barədə Trend "Kanal7" telekanalına istinadən məlumat verir.
Polisin vilayətdə apardığı xüsusi əməliyyat nəticəsində içərisində 5 ton partlayıcı maddə olan yük maşını saxlanılıb.
Polislər yük maşınında ərazinin ətraflı xəritəsini də aşkar ediblər.