"Britaniya tarixində monarxiyanı ən çox idarə edən kraliça kimi mütləq rekord vurmusunuz".
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron "twitter" səhifəsində yazıb. Baş nazir kraliça II Yelizavetanı taxta çıxmasının 63-cü ildönümü münasibəti ilə təbrik edib.
D.Kemeron deyib ki, milyonlarla insan II Yelizavetanın monarxiyanı idarə etməsinin 63-cü ilini qeyd edəcək.
Devid Kemeron II Yelizavetanın kraliçalığı tarixində 12-ci baş nazirdir.
Xatırladaq ki, Britaniyanın kraliçası 63 il 7 ay 3 gün, yaxud 23 min 227 gündür monarxiyanı idarə edir. 15 üzvü olan Birlik Ölkələrində və Birləşmiş Krallığın dənizin o tayındakı 14 bölgəsində 140 milyon təbəəsi yaşayır.