Belarusda prezidentliyə 4 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə sentyabrın 10-da Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Belarusda növbəti prezident seçkisi oktyabrın 11-də keçiriləcək.
Namizədlərdən biri qadındır. Tatsyana Karatkevich müxalifətdə olan “Düz danış” kampaniyasının fəalıdır.
Digər namizədlər Liberal-Demokrat partiyasının sədri Sergei Haydukyevich,Vətənpərvərlər partiyasının lideri Nikolay Ulakhovic və indiki prezidentAlyaksandr Lukashenkadır.
İki nəfərin namizədliyi isə 100 min imza toplaya bilmədiklərinə görə qeydə alınmayıb.
Lukashenka Belarusu 1994-cü ildən idarə edir.