Çeçenistan Respublikasının başçısı Ukrayna Baş naziri Arseni Yaçenyukun 90-cı illərdə Çeçenistanda vuruşmağına inanmır.
Axar.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
“Yatsenyuk döyüşçü deyil, o döyüşə bilməz, mən onu kişi hesab etmirəm. O, əsl botanikdir”, - Kadırov deyib.
Kadırov qeyd edib ki, Yaçenyukla heç vaxt qarşılaşmayıb və onun müharibə vaxtı Çeçenistanda olması ilə bağlı yayılan məlumatlara inanmır.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Ukrayna Baş naziri Arseni Yaçenyukun 90-cı illərin ortalarında Çeçenistanda Rusiya ordusuna qarşı döyüşdüyünü iddia etmişdi.