12 Sentyabr 2015 10:16
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə İraqın paytaxtı Bağdadın Sadr bölgəsində stadion tikintisində çalışan 18 türkiyəli işçini qaçıran qrup onların ilk görüntülərini yayımlayıb.

Videoda silahlıların tələbi işçilərin dili ilə səsləndirilir:

- PKK terrorçularının Türkiyədən İraqa keçməsini əngəlləmək;

- Kürdüstandan oğurlanmış neftin Türkiyə ərazisindən keçməsini dayandırmaq;

- Bölgəyə lazımi yardımların çatdırılmasına imkan yaratmaq.

Bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə Ərdoğan və onun xalqının ciddi zərər görəcəyi bildirilib.

Qeyd edək ki, işçilər sentyabrın 8-də naməlum şəraitdə yoxa çıxıb.

Samir


Müəllif:

Oxşar xəbərlər