Fransa xarici işlər naziri Loran Fabius ölkənin Türkiyədəki fəxri konsulu Fransua Olseni geri çağırıb.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı XİN rəsmisi Romen Nadal açıqlama verib. Onun sözlərinə görə, buna səbəb bir neçə gün öncə Frans-2 telekanalında yayımlanan görüntülər olub.
Videoda Olsenin Bodrumda jurnalist ilə söhbəti əks olunub. Gizli kamera ilə çəkilən görüntülərdə fəxri konsul bu şəhərdə mağaza açdığını, miqrantlara xilasetmə gödəkçələri və hava ilə doldurulan qayıq satdığını etiraf edib. Hətta o iddia edib ki, bu məsələdə Türkiyə hökumətinin əli var.
Samir