13 Sentyabr 2015 12:59
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın dövlət mətbuatı ölkənin qərbindəki Latakiya şəhərində iki Rusiya təyyarəsinin endiyini bildirib.

Xəbərə əsasən təyyarələrlə Suriyaya 80 ton humanitar yardım çatdırılıb.

Sahilyanı Latakiya şəhəri prezident Bəşər əl-Əsədin istehkamı sayılır.

Bundan əvvəl Suriyadakı hərbi döyüşlərdə Rusiya hərbçilərinin bilavasitə iştirakı barədə məlumatlar yayılıb.

Rusiya bu barədə xəbərləri təkzib etsə də, Suriyaya hərbi mütəxəssis və silah-sursat göndərdiyini inkar etmir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov humanitar yardımdan başqa əməkdaşlıq müqaviləsinə əsasən Suriyaya hərbi təyinatlı yüklərin göndərildiyini bildirib.

BBC-ə müsahibəsində Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskva ilə Dəməşq əməkdaşlığının hərbi-texniki müqavilələr kənarına çıxmadığını deyib.


Müəllif: