13 Sentyabr 2015 17:19
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada daşqınlar nəticəsində 5 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, hazırda 20-dən çox insan itkin düşmüş hesab olunur.

Ötən cümə axşamı leysan yağışları səbəbindən İbaraki perfekturasından keçən Kinuqava çayında suyun səviyyəsi qalxıb və Dzyoso şəhərini su basıb. Şəhərdə 11 mindən çox ev su altında qalıb.

Hazırda axtarış-xilasetmə işlərinə təqribən 1800 nəfər cəlb olunub.


Müəllif:

Oxşar xəbərlər