13 Sentyabr 2015 21:35
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Merkel: "Rusiyasız Suriyanı böhrandan çıxartmaq çətin məsələdir."

ANS PRESS-in məlumatına görə, Almaniya kansleri Angela Merkel Suriyanın böhrandan çıxması və İŞİD ilə mübarizədə Almaniyanın Rusiya və ABŞ ilə əməkdaşlıq etməsini təklif edib. O, çıxış yolunu bu üç ölkənin birgə əməkdaşlığında görür.

Başqa alman siyasətçiləri də Merkelin analoji fikrini dəstəkləyir. Bu haqda, həmçinin, Xristian-sosial ittifaqının başçısı Xorst Zixofer "Spiegel" jurnalına bildirib. "Putinlə qarşılıqlı razılaşma olmadan, Suriyadakı vəziyyəti ələ almaq mümkün olmayacaq", - deyə politoloq əlavə edib.

Jurnalda verilən məlumata əsasən, Xristian-sosial ittifaqının başçısı bu məsələ ilə bağlı Moskvaya səfər etmək və həll yollarını müzakirə etmək niyyətindədir.

Xorst Zixofer-alman siyasətçi və Angela Merkel - Almaniya kansleri

2011-ci ildən etibarən Suriyada silahlı konfliktlər davam edir. BMT-nin məlumatına görə, nəticədə 220 mindən çox insan həyatını itirib. Minlərlə insan isə evlərindən didərgin düşüb. Hökümət qoşunları ərazidə müxtəlif silahlı qruplarla qarşı-qarşıya durur. Ən aktiv döyüşçülər isə İŞİD və Ən-Nüsrə Cəbhəsinin silahlılarıdır.

ABŞ Suriya prezidenti Bəşər Əsədin istefasına nail olmağa çalışır, ona görə də, oraya heç bir kömək etmir. Rusiya isə dəfələrlə İŞİD ilə mübarizədə Suriyaya köməyini əsirgəməyib.


Müəllif:

Oxşar xəbərlər