14 Sentyabr 2015 01:07
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ictimaiyyətinin və NATO-nun fəal dəstəyi olmasa, Gürcüstan bir dövlət kimi yox ola bilər.

Musavat.com gürcü qaynağına istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla Gürcüstanın müdafiə naziri Timatin Xidaşeli Tiflisdə beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstan rəhbərliyi NATO-ya üzvlük üçün ölkəyə ən yaxın sammitdə “yol xəritəsi” verilməsində təkid edir.

“Ölkə nəhəng çağırışlar qarşısında durub, Rusiya təcavüzü həm Ukraynada, həm də işğal altındakı Abxaziya və Cənubi Osetiyada gündən-günə güclənir” – qeyd edib müdafiə naziri.


Müəllif:

Oxşar xəbərlər