30 May 2014 19:31
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenko Viktor Yanukoviç hakimiyyəti dövründə ölkənin keçmiş hökumətinin üzvlərinin cinayət məsuliyyətinə cəlb edilməsi barədə göstəriş verib.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya mətbuatı xəbər verib.

Rusiya mətbuatına sabiq baş nazir Nikolay Azarova yaxın mənbələrdən verilən məlumata görə, bu məqsədlə ötən gün Ukrayna prezidentinin administrasiyasında qapalı görüş keçirilib.

Görüşdə Nikolay Azarov və onun nazirlərinə qarşı atılacaq addımlar müzakirə olunub.

"İclasda Nikolay Azarov hökumətinin bütün nazirlərinin təqibini təşkil etmək məsələsi müzakirə olunub. Onlar barəsində cinayət işinin açılacağı gözlənilir. Yaxın günlərdə həbs edilənlər olacaq”, - deyə mənbə bildirib.


Müəllif: