Özbəkistan prezidenti Səmərqənd vilayətində restoran və kafelərdə toy mərasimlərinə qadağa qoyub.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, buna səbəb ölkədə pambıq yığımına başlanması olub. Yayılan məlumatlara görə, mərasimlər pambıq yığımı başa çatdıqdan sonra davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin oktyabrında Səmərqənd vilayətinin rəhbəri bəzi məktəb direktorlarını pambıq yığımı üzrə göstəriciləri yerinə yetirmədiyi üçün döymüşdü.
Samir