30 May 2014 20:30
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynanın şərqində ATƏT-in ikinci müşahidəçi dəstəsi oğurlanıb".

ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı ATƏT yayıb.

ATƏT-in məlumatına görə, 4 nəfərdən ibarət monitorinq qrupu Severodonetsk şəhərində bir yaraqlı tərəfindən dayandırılıb. Bundan sonra monitorinq qrupu ilə əlaqə kəsilib.

Mayın 29-dan həmin dəstədən xəbər yoxdur.

Xatırladaq ki, ATƏT-in Ukraynanın şərqində oğurlanan digər monitorinq qrupu mayın 26-da yoxa çıxmışdı, ancaq mayın 29-da yaraqlıların lideri bildirdi ki, onlar tezliklə buraxılacaq.


Müəllif: