Macarıstan hökuməti kosmetikaya, yuyucu vasitələrə və qeyri-sağlam qidalara tətbiq edilən vergiləri artırmaq niyyətindədir.
Ölkə qanunvericiləri kosmetikaya, o cümlədən sabun və şampunlara vergini artırmağı zəruri hesab edirlər. Bundan başqa, parlament üzvləri zərərli qida məhsullarına vergi tətbiq olunmasını da gündəliyə gətiriblər.
Mütəxəssislər hesab edirlər ki, yeniliklər ilk növbədə böyük xarici şirkətlərə təsir göstərəcək. Bəzi xarici firmalar bunun bazarda ayrı-seçkiliyə gətirib çıxaracağını dəlil gətirərək, nəzərdə tutulan vergilərə rəsmi etiraz etmək niyyətindədirlər. Avropa Komissiyası isə belə tədbirlərin investorları çəkindirə biləcəyini bəyan edib.
Son zamanlar Macarıstan hökuməti büdcə kəsirinin azaldılması üçün yollar axtarmaqdadır.