14 Sentyabr 2015 23:52
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya hökuməti daxili işlər naziri Milan Xovanetsə Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrin daxili işlər nazirlərinin iclasında qaçqınların dövlətlər arasında növbəti dəfə bölüşdürülməsi üzrə kvotalardan imtina etmək səlahiyyəti verib.

Nazirlərin görüşü sentyabrın 14-də Brüsseldə keçiriləcək. Avropa Komissiyasının başçısı Jan Klod Yunker daha 120 min qaçqını yerləşdirmək təklifi ilə çıxış edib. Onun fikrincə, Çexiya hazırda Yunanıstanda, Macarıstanda və İtaliyada olan daha 3 min miqrantı qəbul etməlidir.

Çexiya, Macarıstan, Polşa və Slovakiya Aİ rəhbərliyinin bu ideyasından imtina etmək qərarını birlikdə qəbul ediblər. Çex Respublikasının Baş naziri Boquslav Sobotkanın fikrincə, Aİ yalnız qaçqınların yerləşdirilməsi problemini deyil, həm də sərhədlərin ciddi mühafizəsi və miqrantların çoxunun gəldiyi Suriya və Liviyada hərbi münaqişələrin dayandırılması məsələlərini həll etməlidir.


Müəllif:

Oxşar xəbərlər