14 Sentyabr 2015 20:52
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya illik irimiqyaslı hərbi təlimlər keçirilir.

Rusiya müdafiə nazirliyinin məlumatına görə, təlimlərdə 95 minə yaxın əsgər, onlarla hərbi təyyarə və gəmi iştirak edəcək.

Təlimlər əsasən Ural və Sibir də daxil olmaqla Mərkəzi Hərbi Dairədə keçirilir.

Təlimlərdə Kollektiv Təhlükəsialik Şurasının üzvü olan Qazaxıstandan da hərbçilər iştirak edir.

Müdafiə nazirliyinin məlumatında deyilir ki, təlimlərdə məqsəd beynəlxalq münaqişələrin həlli və qanunsuz silahlı birləşmələrin məhvində Kollektiv Təhlükəsizlik Şurasının hazırlığına qiymət verməkdir.

Qeyd edək ki, sentyabrın 15-də Düşənbədə şuraya üzv ölkələrin sammiti keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər