15 Sentyabr 2015 12:39
2 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə hərbi yardım göstərməsi Ankara və Moskva arasındakı əlaqələrin gərginləşməsinə səbəb olub.

Teleqraf.com "Hüriyyet" qəzetinə istinadən xəbər verir ki, Türkiyənin rəsmi analitik mərkəzləri məsələ ilə bağlı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana və baş nazir Əhməd Davudoğluna geniş hesabatlar hazırlayıblar.

Hesabatlarda Rusiyanın Əsədə dəstək verməsinin Suriya böhranını dərinləşdirəcəyi və Türkiyə ilə münasibətlərəmənfi təsir göstərəcəyi vurğulanıb. Qeyd edilib ki, bu, Türkiyə-Rusiya arasında bəzi ikitərəfli görüşləri təxirə salacaq.

Xatırladaq ki, Türkiyə Suriyadakı hazırki vəziyyəti Bəşər Əsəd rejimi ilə əlaqələndirib və onun hakimiyyətdən getməsini tələb edib. ABŞ prezidenti Barak Obama da Rusiyanın Suriyadakı hərbi varlığından narahat olduqlarını və bunun ölkədəki münaqişəni gərginləşdirəcəyini söyləyib.

Samir


Müəllif:

Oxşar xəbərlər