15 Sentyabr 2015 15:24
2 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada hamilə qadını döyən həkim saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, "Kurare" özəl klinikasının həkimi Aleksandra Derqaçeva həkim həmkarı Yuliya Qerasimçuk tərəfindən döyülməsi ilə bağlı polis müraciət edib.

Derqaçeva bir müddət əvvəl bu xəstəxanaya işə düzəlib. O, Ukraynanın şərqindəki Donbas bölgəsindən gələn qaçqınlardan biridir. Qerasimçuk da buna etiraz edib və ondan intiqam almağa söz verib.

Hadisə baş verən günü Yuliya və Aleksandra otaqda tək olub. Aleksandra həmkarından analizlərin cavablarına baxmağı xahiş edib. Bunu bəhanə gətirən Yuliya həmkarı Derqaçevaya hücum edib.

Derqaçeva olanları belə izah edib: "O, məni yerə yıxdı. Daha sonra məni öldürəcəyini dedi, qarnımı təpikləməyə və başımı qapıya vurmağa başladı. Mən qışqırırb kömək istəyirdim. Ancaq heç kim gəlmirdi. Təxminan 15 dəqiqə sonra onun əlindən zorla yaxa qurtardım. Koridorda məni digər həkimlər gördü və qonşu otağa apardılar".

Yuliya həmin gün işdən azad edilib. Derqaçeva isə bir neçə gün xəstəxanada müalicə alıb.

Samir


Müəllif:

Oxşar xəbərlər