31 May 2014 00:19
1 254

Cey Karni Ağ Evin mətbuat katibi postunu tərk edir. Musavat.com-un “USA today”ə istinadən verdiyi məlumatına görə, bu barədə jurnalistlərə prezident Barak Obamanın özü açıqlama verib. Karnini onun müavini Coş Ernest əvəzləyəcək.

Karni Ağ Evdə işlədiyi müddəti “gözəl dövr” adlandırıb və əlavə edib ki, mətbuat katibi səlahiyyətlərini iyunun ortalarınadək yerinə yetirəcək.

Öz növbəsində Obama Karnini özünün ən yaxşı dostlarından biri adlandırıb, bildirib ki, bundan sonra da ona xarici məsləhətçi kimi güvənəcək. Coş Ernesti isə prezident “təmiz və tam ləyaqətli”, “nöqtəyə danışan” şəxs kimi xarakterizə edib.

Xatırladaq ki, Ernest 2008-ci ildən Obamanın seçki kampaniyasında çalışıb.


Müəllif: