ABŞ prezidenti Barak Obama və Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun yaxın zamanlarda üç dəfə görüşəcəyi gözlənilir. Musavat.com-un məlumatına görə, bu barədə Amerika-Ukrayna İşgüzar Şurasının (USUBC) prezidenti Morqan Uliyams “RBK-Ukrayna”ya müsahibəsində deyib.
“Mənə məlum olduğu qədər onlar (Obama və Poroşenko) Varşavada görüşəcəklər. Mümkündür ki, həmçinin, Normandiyadakı tədbirlərdə bir araya gələcəklər. Həmçinin, Qərbi Avropada daha bir ümumsiyasi hadisə olacaq və orada da prezidentlər görüşə biləcəklər”, - deyə Uilyams bildirib.
Onun sözlərinə görə, Obama üçün Ukraynaya konkret nə lazım olduğunu birbaşa Poroşenkonun dilindən eşitmək çox vacibdir.
Uilyams onu da deyib ki, Amerika şirkətləri yaxın illərdə Ukraynaya 4-5 milyard sərmayə yatıra bilərlər.