Rusiya artıq NATO-ya, Ukraynaya və bütün dünyaya qarşı müharibə aparır. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə alyansın İctimai Diplomatiya Departamentinin rəhbərlərindən biri Qerlinda Niqus bildirib.
“Rusiya dezinformasiyadan silah kimi aktiv şəkildə istifadə edir. Bəs ikinci tərəf kimdir? Aydındır ki, bu, NATO, Ukrayna, bütün dünyadır” – deyib alyans rəsmisi. Onun sözlərinə görə, bu müharibədə əsas hədəf Rusiya xalqı, həmçinin ukraynalılardır.
“Bununla belə, aydındır ki, yeni şəraitdə müharibə bizim içimizdə - NATO üzvü olan dövlətlərdə və tərəfdaş ölkələrdə - Gürcüstanda və Moldovada, xüsusən də Balkanlarda aparılır” – qeyd edib Departament rəhbəri.
“Lakin buna baxmayaraq, alyans “dişə diş” prinsipi ilə hərəkət eləmir və Rusiya təbliğatına qarşı öz təbliğatı ilə cavab veməyəcək, çünki bu, Rusiyanın əlinə işləyərdi. Ona görə də biz cavabında məlumatlandırma işini intensivləşdirəcəyik, yalanı yox” - əlavə edib Niqus.