Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obama ilə görüşə hazırdır, ancaq hələlik anlaşma yoxdur. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident Putin ələlxüsus da öz amerikalı həmkarı, prezident Obama ilə dialoqa həmişə hazırdır” – deyib Peskov.
Bundan qabaq xarici işlər naziri Sergey Lavrov bəyan eləmişdi ki, iki ölkə prezidentlərinin BMT Baş Məclisinin sentyabrın 28-də başlayacaq 70-ci yubiley sessiyası çərçivəsində görüşü istisna deyil. Onun sözlərinə görə, görüş baş tuta bilər, əgər istəklə bağlı siqnal ABŞ tərəfindən daxil olsa.