"Lazımsız təxribatlardan çəkinin!"
ABŞ Şimali Koreyaya lazımsız təxribatlardan çəkinməklə bağlı xəbərdarlıq edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Şimali Koreyanın nüvə obyektinin fəaliyyətini bərpa etdiyi ilə bağlı bəyanat yayması olub.
Rəsmi Vaşinqton bildirib ki, Şimali Koreya diqqətini beynəlxalq öhdəliklərini yerinə yetirməyə yönəltməlidir. Ağ Evin sözçüsü Coş Ernestin sözlərinə görə, beynəlxalq ictimaiyyət Şimali Koreyanı nüvə dövləti kimi qəbul etməyəcək.
Qeyd edək ki, Yongbyondakı reaktor Şimali Koreyanın nüvə silahı proqramı üçün plutonyum mənbəyi hesab olunur. Yongbyon reaktoru 2007-ci ildə qapadılıb, lakin Pyongyang onun 2013-cü ildə nüvə sınaqlarının ardından bərpa ediləcəyini bildirib.
Samir