Danimarkada anasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız və onun sevgilisi məhkəmə qarşısına çıxarılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə Liza Borx 9 il həbs cəzasına məhkum edilib. Onun 29 yaşlı müsəlman sevgilisi Bəxtiyar Məhəmməd Abdulla isə 13 il həbsxana həyatı yaşamalı olacaq.
Məlumatlara görə, Liza hadisə baş verən günü sevgilisi ilə İŞİD-in edam videolarını izləyib. Bir neçə saat görüntüləri izlədikdən sonra cütlük mətbəxdəki bıçağı götürərək, Tina Ryomer Xolteqardın üzərinə hücum ediblər.
Onlar qadına 20-dən çox bıçaq zərbəsi endirib. Qız hadisədən sonra polis və təcili tibbi yardıma xəbər verib. Hadisə yerinə gələn polis qadının cəsədini aşkar edib. Liza anasının ağ dərili yad kişi tərəfindən öldürüldüyünü deyib. Araşdırmalar zamanı hadisədə istifadə olunan bıçaqların üzərindən qız və onun sevgilisinin barmaq izləri aşkar edilib.
Məhkəmə həmçinin qadının ərinə 60 min dollar təzminat ödənilməsi ilə bağlı qərar çıxarıb.
Samir