Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi saytında Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefasına görə petisiya yayılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verur ki, petisiya rus dilində dərc edilib. Sənəddə Saakaşvilinin üç ay ərzində vədlərini yerinə yetirmədiyi və onun islahatlarının real olmadığı bildirilib.
Petisiya müəlliflərinin fikrincə, bürokratiya və korrupsiya ilə “mübarizə”, eləcə də telekanallara müsahibələr sadəcə, piardır: "Bizə vicdanlı və peşəkar qubernator lazımdır. Təklif edirik ki, onun əvəvzinə bu vəzifəyə Viktor Yuriyoviç Stepanenko təyin olunsun".
Petisiyanı artıq 65 nəfər imzalayıb.
Samir