Tacikistanda keçirilən xüsus əməliyyat zamanı üsyançı dəstənin komandiri və müdafiə nazirinin keçmiş müavini Əbdülxəlim Nazarzod öldürülüb.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Tacikistan güc strukturlarının nümayəndələri açıqlama verib. Yayılan məlumatlara görə, onunla yanaşı bir neçə qiyamçı general da zərərsizləşdilib. Ancaq Nazarzodun öldürülməsi rəsmi orqanlar tərəfindən hələlik təsdiqlənməyib.
Onunla yanaşı "Alfa" xüsusi təyinatlı dəstənin komandiri Rüstəm Amakiyev və 2 zabit də həyatını itirib.
Qeyd edək ki, sentybarın əvvəli paytaxt Düşənbəyə bitişik Vəhdət qəsəbəsindəki polis idarəsinə və nazirliyin binasına hücum olub.
Samir