16 Sentyabr 2015 16:03
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putin ilə görüşəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Coş Ernest deyib. Onun sözlərinə görə, liderlər BMT Baş Assambleyasının 70-ci sessiyası ərəfəsində görüş keçirəcək.

Görüş zamanı Obama və Putin Suriya böhranını müzakirə edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putin ilə Obama arasında hər hansı görüşün keçirilməyəcəyini deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər