"Ərəb dövlətləri, İsrail səfirlərini ölkənizdən qovun!"
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, belə bir çağırışla Fələstin İslam Müqavimət Hərəkatı (Həmas) liderləri çağırış edib. Onlar bu çağırışı İsrail əsgərlərinin Əl-Əksa Məscidinə hücum etməsi ilə əlaqələndiriblər.
Açıqlamada bildirilir ki, bu hadisə ilə əlaqədar İslam ölkələri İsrailə hüquqi və siyasi təzyiqlər göstərilməlidir.
Qeyd edək ki, yəhudilərin yeni il bayramı günündə Əl-Əksaya gələn israillilərlə fələstinlilər arasında insident yaşanıb. Hadisə nəticəsində aralarında qadınların da olduğu çoxlu sayda insan xəsarət alıb.
Samir