Çilinin paytaxtı Santyaqo yaxınlığında 8,3 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ölkədə sunami xəbərdarlığı edilib. Hadisə nəticəsində ən azı 1 nəfər həyatını itirib, 20 sakin isə yaralanıb. Çoxlu sayda yaşayış evi zəlzələ nəticəsində yararsız hala düşüb.
Qeyd edək ki, 2010-cu ildə burada baş verən 8,8 bal gücündə zəlzələdə 500-dən çox insan həlak olub.
Samir