17 Sentyabr 2015 15:31
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üz səhifəsində onunla bağlı qalmaqallı başlıq verən “Nöqtə” jurnalına çox sərt cavab verib.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan belə bir hərəkət edəcək qədər şərəfsiz olmadığını deyib.

“Çünki mən həyatımda şelfi çəkməmişəm və mən bir şəhid tabutuna arxa çevirəcək qədər şərəfsiz deyiləm. Şəhidin bizim həyatımızdakı yeri bəllidir. Açıq şəkildə danışıram, həmin başlığı verənlər şərəfsizdir, alçaqdır. Mənim xarakterimi də onlar çox yaxşı bilirlər. Vəkillərimə qanun çərçivəsində lazımi təlimat vermişəm”, - Türkiyə prezidenti söyləyib.

Qeyd edək ki, “Nöqtə” Ərdoğanın iştirak etdiyi bir şəhid cənazəsi ilə bağlı hazırladığı yazıya “Şəhid cənazəsində selfi çəkərkən” başlığı qoyub.


Müəllif:

Oxşar xəbərlər