18 Sentyabr 2015 08:52
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il 3 milyona yaxın insan hava çirklənməsi ilə əlaqədar yaranan xəstəliklərdən dünyasını dəyişir. Alimlərin hesablamalarına görə, 2050-ci ildə bu göstərici 6,6 milyon nəfərə qədər artacaq. Təhqiqatın nəticələri "Nature" jurnalında dərc edilib.

Tədqiqatçılar havanın 0,0025 millimetrdən kiçik, sərt hissəciklərlə çirklənməsinin daha təhlükəli olduğunu hesab edirlər. Onlar ağciyərlərin dərinliyinə nüfuz edərək müxtəlif xəstəliklər yaradır.

Tədqiqatların nəticəsinə əsasən, Asiyada havanın çirklənməsi əsasən məişət tullantılarının payına düşür: məsələn, evlərin isidilməsi və yemək hazırlanması üçün kömür və odun yandırılması, dizel yanacağından istifadə və sair.

ABŞ-ın əksər rayonlarında havanı əsasən nəqliyyat vasitələrindən və elektrik stansiyalarından atılan tullantılar çirkləndirir. Birləşmiş Ştatların şərqində, Avropada, Rusiyada və Şərqi Asiyada təhlükəli hissəciklər ən çox kənd təsərrüfatı sahəsində aparılan işlərlə əlaqədar atmosferə atılır.


Müəllif:

Oxşar xəbərlər