31 May 2014 10:59
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarından etibarən Donetskdə ordu qüvvələri ilə separatçılar arasında yenidən atışmalar başlayıb.

Axar.az xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, küçələrdən, ticarət və biznes mərkəzlərindən insanlar evakuasiya olunur.

Əsas döyüş Donetsk yaxınlığındakı Xoroşevo və Kirşa qəsəbələrində gedir.

Şahidlər bildiriblər ki, “Şaxtyor” futbol klubunun təlim-məşq bazasının yaxınlığında partlayış səsləri eşidilir. Əraziyə hərbi helikopterlər göndərilib.


Müəllif: