18 Sentyabr 2015 18:11
3 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə onu fahişəliyə məcbur edən ərini öldürən Çilemin məhkəməsi davam edir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 2014-cü ilin 8 iyulunda baş verib. Bir uşaq anası olan Çilem Qarabulud məhkəmədə ifadəsində tez-tez ərinin onu döydüyünü, fahişəliyə məcbur etdiyini bildirib.

28 yaşlı Çilem 2,5 illik həyat yoldaşı Həsən Qarabuludu yaşadıqları evdə 6 güllə vuraraq öldürüb. Daha sonra isə polisə təslim olub.

O, məhkəməyə aparılan zaman iki əlinin baş barmaqlarını qaldıraraq "Həmişə qadınlar ölməyəcək ki, bir dəfə də kişilər ölsün" sözləri ilə gündəmə gəlmişdi.

Çilem Qarabulud mətbuata açıqlamasında həbsxanadakı vəziyyətlə də bağlı danışıb:

"Həbsxanada o qədər günahsız yerə qalan qadın var ki, onları dinlədikcə öz dərdimi unutdum. Təkcə qızım üçün darıxıram".

O, həbsxanada olduğu müddətdə şiddət və təcavüzə məruz qalan qadınlardan 100-dən çox təsirli məktub aldığını deyib.

Çilem Qarabulud "Bir az təəccüblənmişəm. Bu qədər dəstək görəcəyimi düşünmürdüm. Xüsusilə şiddətə və təcavüzə məruz qalan qadınlardan inanılmaz dərəcədə dəstək görürəm. 12 yaşlı bir qız isə "Çilem bacı özünü qatil sayma" yazıb. Kişilər isə "Siz qadınların qarşısında ehtiramla baş əyirik" deyə məktub yazırlar. Evlənmə təklifi olunan məktublar da almışam. Ancaq onlara cavab vermirəm. Ancaq qadınlarla yazışıram" deyib.

Qarabulud hüquq təhsili alıb, şiddətə məruz qalan qadınları qorumağı planlaşdırdığını bildirib.
Döyüldüyünü, fahisəliyə məcbur edildiyini bildirən Çilem "Ona aşıq olmuşdum. Gözlərim qaralmışdı. Etdiklərinə qızıma görə dözürdüm. İlk məhəbbətim idi, amma cəzam oldu" deyib.

Hazırda məhkəmə davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər