Gələn ildən etibarən çexiyalı pensiyaçıların təqaüdlərinə əlavənin məbləği bundan əvvəl vəd edildiyi kimi 205 kron deyil, cəmi 40 kron (1,5 avro) olacaq.
Əmək naziri Mixaela Marksova bu barədə mətbuat konfransında məlumat verib. Bu, uzun illər ərzində pensiyaların valorizasiyasının ən aşağı səviyyəsidir. Məsələn, keçən il pensiyaya əlavənin məbləği 104 kron olub. Pensiyaçıların hələ dekabr ayında almalı olduqları qocalığa görə birdəfəlik müavinət məbləği isə artırılaraq 600 krondan 900 krona çatdırılacaq, lakin onu yalnız fevral ayında ödəyəcəklər.
Marksovanın sözlərinə görə, bu ixtisarlar hesabına gələn il təqribən 2 milyard kron vəsaitə qənaət etmək mümkün olacaq.