18 Sentyabr 2015 22:54
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Partiyanın qərarına zidd gedərək müvəqqəti hökumətdə təmsil olunduğuna görə MHP sıralarından xaric olunan Toğrul Türkeş (partiyanın qurucusu Alparslan Türkeşin oğlu) qarşıdan gələn parlament seçkilərində AKP-nin namizədi kimi iştirak edəcək.

Onun AKP-nin Ankara millət vəkilliyinə namizədi olduğu bildirilir.

Bu gün səhər Toğrul Türkeş partiyasından və TBMM-dəki fraksiyadan istefa etdiyini, AKP-dən isə bir təklif almadığını demişdi.

Xatırladaq ki, onun böyük qardaşı Kutalmış Türkeş də AKP üzvü olub, 2011-2015-ci illərdə İstanbuldan millət vəkili kimi hakim partiyanın parlament fraksiyasında yer alıb. Lakin bu il 7 iyun seçkilərinə bir neçə gün qalmış K.Türkeş sərt bəyanat verərək partiyanı tərk etmişdi.


Müəllif:

Oxşar xəbərlər