19 Sentyabr 2015 08:08
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə bu vaxtadək 2 milyon 225 min 147 nəfər suriyalı qaçqına sığınacaq verib. Qaçqınların 258 min 977 nəfəri çadır və konteynerlərdən salınmış düşərgələrdə, qalanı isə mərkəzi şəhərlərdə müvəqqəti məskunlaşıb.

Bu barədə beynəlxalq ictimaiyyəti məlumatlandıran Baş nazirin müavini Numan Qurtuluş bildirib ki, 2011-ci ilin aprelindən indiyədək Türkiyənin yürütdüyü qaçqınlar siyasəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib. Bu vaxtadək Türkiyədə suriyalı qaçqınlara 7,6 milyard ABŞ dolları xərcləndiyini diqqətə çatdıran Baş nazirin mavini bildirib ki, həmin vəsaitin yalnız 418 milyon dolları donor təşkilatlar tərəfindən ödənilib.

N.Qurtuluş qeyd edib ki, qaçqınlara yardım insanlığa göstərilən qayğıdır. Türkiyənin bu yükünə şərik çıxmaq beynəlxalq ictimaiyyətin borcudur.


Müəllif:

Oxşar xəbərlər