ABŞ Rusiya ilə Suriya haqqında hərbi danışıqlar aparmaq istəyir və ümid edir ki, bu danışıqlar "qısa zaman ərzində" baş tuta bilər, Dövlət Katibi John Kerry deyib.
ABŞ və Rusiya arasında, Suriya münaqişəsi məsələsində ciddi fikri ayrılığı var və Vaşinqton Rusiyanın oradakı hərbi mövcudluğundan narahatdır.
"Biz, ümumi məxrəcə gələcəyimiz yolları araşdırırıq", cənab Kerry deyib.
Bu arada Moskva deyib ki, Suriyadan ora qoşun göndərilməsi barədə hər hansı xahişi "müzakirə edəcək və nəzərə alacaq".
"Ancaq bu barədə hipotetik danışmaq çətindir", Kreml sözçüsü Dmitri Peskov əlavə edib.
Londona gələn cənab Kerry jurnalistlərə deyib: "Prezident inanır ki, hərbinin hərbi ilə danışıqları növbəti mühüm addımdır və çox güman ki, tezliklə baş tutacaq".