Dəfələrlə cinsi təcavüzdə suçlanan BMT sülhməramlılarına qarşı bu dəfə yeni ittiham irəli sürülüb.
Teleqraf.com-un tass.ru-ya istinadən xəbərinə görə, "mavi beretlilər" bu dəfə Cənubi Afrika Respublikasında parnoqrafik film çəkməkdə ittiham olunurlar. Bu barədə BMT baş katibinin rəsmi təmsilçisi Stefan Dyujarrik bildirib.
Onun sözlərinə görə, missiyanın təhqiqatçıları hazırda CAR əhalisi ilə bu məlumatı dəqiqləşdirməyə çalışır: "Onlar bunu yoxlayırlar. Bildiyimə görə, onlar öz adamlarını şəhərə göndəriblər. Hesab edirəm ki, missiyaya bu məsələni aktib şəkildə araşdırmaq üçün dəstək verilməlidir".
Xəbərə görə, yerli hakimiyyət və şəhər rəhbərliyi ilə ilkin söhbət zamanı fakt hələlik təsdiqini tapmayıb.
Nihad