Rusiyanın Kalininqrad vilayətinin sabiq naziri Oleq Qroznetski Moskvada hücuma məruz qalıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Naməlum şəxslər nazirə yaxınlaşaraq, onu döyüb və qarət ediblər.
Hadisədən sonra Qroznetski özünü xəstəxanaya çatdırıb. Rusiya Daxili İşlər Nazirliyi hücum faktını təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Qroznetski 2010-2013-cü illərdə Kalininqrad vilayətinin sosial siyasət üzrə naziri vəzifəsində çalışıb və öz ərizəsi ilə istefa verib.
Samir