Ukrayna prezidenti Pyotr Poroşşenko Krım tatarlarının hüquqları məsələsini BMT Baş Məclisinin bu ayın sonunda başlayacaq 70-ci yubiley sessiyasında qaldırmaq niyyətindədir. Musavat.com-un məlumatına görə, bu barədə “112 Ukraina” telekanalı xəbər yayıb.
“Biz Krım tatar xalqının hüquqlarının müdafiəsi uğrunda mübarizə aparacağıq. Krım tatar xalqının hüquqlarının müdafiəsi məsələsi, Krım tatar xalqının nümayəndələrinin Krımda sıxışdırılması məsələsi – bu məsələlər mənim tərəfimdən Nyu-Yorkda BMT Baş Məclisində qaldırılacaq”, - deyə Ukrayna prezidenti söz verib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin tərkibində Krım tatar xalqının lideri Mustafa Cəmiloğlu da olacaq.