21 Sentyabr 2015 13:12
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmirdə filmləri xatırladan bir hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, 10 ildə 4 dəfə evlənən 38 yaşlı N.S əvvəlki 3 ərinin onu döydüyünü deyərək boşanıb.

Tekstil fabrikində işləyən N.S ilk dəfə 28 yaşında müəllimlik edən Y.A. ilə ailə qurub. Evliliyinin ikinci ayında ərindən şiddət görüdüyünü deyən qadın boşanıb. İkinci dəfə özü kimi tekstil fabrikində işləyən biri ilə ailə qursa da, yenə də evliliyi bir neçə ay çəkib. Gənc qadın yenə də ərinin onu döyüdüyünü deyərək boşanıb. N.S.-nin üçüncü nikahı İstanbulda olub. Qısqanclıq və şiddət bu evliliyin də uzun müddət davam etməsinə imkan verməyib. Məhkəməyə müraciət edən qadın yenə boşanıb.

Son boşanmadan sonra polislərə "artıq evliliyə tövbə etdim" deyib. Buna baxmayaraq, dörüdüncü dəfə mühaifəzçi işləyən M.U. ilə ailə qurub. Bir neçə aydan sonra bu dəfə ər məhkəməyə müracət edərək, şiddətə məruz qaldığını bildirib. Polis qadını evdən uzaqlaşdırıb, əri nisə təhlükəsizliyini təmin edib.

Qısa müddət keçdikdən sonra cütlük boşanıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər