22 Sentyabr 2015 01:12
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada ardıcıl terror aktları nəticəsində 50 nəfərdən artıq adam ölüb.

Teleraf.com-un lenta.ru-ya istinadən xəbərinə görə, yerli polis Nigeriyanın şimal-şərqindəki Mayduquri şəhərində 3 partlayış baş verdiyini bildirib. Belə ki, bir nəfər terrorçu əldəqayırma partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində 54 nəfər həlak olub, 90 nəfər yaralanıb.

Terror aktına görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götrməyib. Polis terror aktlarını "Boko Haram"ın təşkil etdiyindən şübhələnir.

Nihad


Müəllif:

Oxşar xəbərlər