Rusiyanın Krımda və Donbasda hərəkətləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmaqla yanaşı, Avropanın stabilliyinin və dinc inkişafını istəyənlərin hamısını təhdid edir. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə NATO baş katibi Yens Stoltenberq bu gün NATO ilə “Tərəfdaşlıq proqramı” çərçivəsində təlimlərin başlandığı Lvovşinadakı mətbuat konfransında bildirib.
“Rusiyanın hərəkətləri bir neçə on ildir təhlükəsizlik prinsiplərinə əsaslanan dünya düzənini sarsıdır. Demək, bu, Avropanın dinc və stabil tərəqqisini arzulayan bizim hamımıza qarşı təhdiddir” – qeyd edib alyans rəhbəri.
Onun sözlərinə görə, məhz buna görə NATO qəti və fəal şəkildə Ukraynanı müdafiə edir.