31 May 2014 13:50
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə maraqlı hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, dönər əleyhinə başladılan kampaniyaya reaksiya göstərən türk iş adamı 600 kq-lıq dönəri pulsuz paylayıb. Ankaralı kababçı Kərim Özdaş quzu ətindən hazırlatdırdığı İngiltərənin ən böyük dönərini öz restoranında insanlara təklif edib. İngilislər quzu ətindən hazırlanan 600 kiloluq dönərə böyük maraq göstəriblər.

Maraqlılar əllərindəki cib telefonlarıyla 6 saatda hazırlanan dönəri telefonun yaddaşına köçürüblər. İlk əvvəl 700 kq olaraq hazırlanan dönər, daha sonra dönər ocağına sığmadığına görə kəsilərək 600 kq-a çatdırılıb. Rekord böyüklükdəki dönəri 6 nəfər 1 saat ərzində güclə şişə taxa bilib.

Daha əvvəl Dubay və Əlcəzirədə dönər restoranları açan iş adamı 27 il əvvəl gəldiyi Londonda "Woody Grill" adlı restoranlar zəncirini qurub.


Müəllif: