22 Sentyabr 2015 17:19
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Ukraynanın qərbindəki Lvov yaxınlığında hərbi təlimlərə start verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təlimlər “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində aralarında ABŞ, Polşa, Avstriya və Rumıniyanın olduğu 34 ölkənin iştirakı ilə keçirilir.

Ukrayna prezidenti Petro Poroşenkonun sözlərinə görə, bu, ölkənin NATO ilə əməkdaşlığını genişləndirəcək: "Ukraynadakı vəziyyətin yaxşılığa doğru dəyişməsi və Avropa İttifaqı üzvü olması üçün lazım olan addımları atacağıq".

NATO-nun baş katibi Stoltenberq də öz növbəsində bildirib ki, Rusiya Krım və Donbasdakı hərəkətləri ilə Ukraynanın ərazi bütövlüyünü pozur.

Samir


Müəllif:

Oxşar xəbərlər