23 Sentyabr 2015 08:51
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi kəşfiyyatının keçmiş əməkdaşı, mühəndis Gennadi Kravtsov İsveç şirkətində işə düzəlməyə cəhd etdiyinə görə 14 illik həbs cəzasına məhkum olunub.

Cənab Kravtsov 1990-2005 illərdə Rusiyanın hərbi kəşfiyyatı QRU-da kəşfiyyat məqsədilə kosmosa göndərilən peyklərlə radio mühəndis kimi işləyib.

Bu işin dövlət sirri baxımından həssaslığı ilə bağlı, Kravtsova QRU-nu tərk etdikdən sonra beş il ərzində təhlükəsizlik sahəsində işə düzəlmək qadağan olunmuşdu.

Həmin müddət başa çatandan sonra, o, CV anketini İsveç şirkətinə göndərmişdi. Bu hadisənin üstündən 4 il keçəndən sonra isə Kravtsov həbs olunmuşdu.

Prokurorların iddiasına görə, Kravtsov CV-də məxfi sayılan məlumat aşkarlayıb, bu hərəkət isə Rusiyada dövlət xəyanətilə eyniləşdirilir.

Kravtsov özünün günahsız olduğunda israrlıdır. Kravtsovun vəkili İvan Pavlovun sözlərinə görə, qapalı keçirilmiş məhkmədə hakim müdafiənin bütün vəsatətlərini rədd edərək şahidlərin çıxışına da imkan verməyib.


Müəllif:

Oxşar xəbərlər