“Ölkədə iqtisadi vəziyyət çətindir, amma kritik deyil”. Bunu sentyabrın 22-də Rusiya prezidenti Vladimir Putin hökumət rəsmilərinin iştirakı ilə 2016-cı ilin dövlət büdcəsinin müzakirəsində deyib.
O qeyd edib ki, 2016-cı ildə büdcə kəsiri daxili məhsulun 3 faizindən çox olmamalıdır.
Qeyd edək ki, dünya bazarında neftin qiymətinin düşməsi və İkrayna münaqişəsinə görə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurur.
Bu həmçinin rublun məzənnəsinin dollar və avroya nisbətdə kəskin düşməsinə səbəb olub.
Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2015-ci ildə Rusiyada 3,4 faiz iqtisadi geriləmə olacaq.