İraqda ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin təşkil etdiyi hücum zamanı İŞİD terror təşkilatının liderlərindən biri öldürülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Pentaqon açıqlama verib.
Bildirilir ki, öldürülən Əbu Bəkr əl-Türkməni əvvəllər "əl-Qaidə" terror qruplaşmasının tərkibində döyüşüb. Onun Tel-Əviv şəhərində öldürüldüyü açıqlanıb.
Samir